Karl Marks Rusiyanı “Avropanın xərçəng şişi” adlandırırdı…

ELNUR Səlim

Fədai.az, redaktor

Rusiya «bir dəfə istifadə üçün yararlı ordusundakı» itkilərini bərpa etmək və Ukrayna torpaqlarını kübrələmək üçün ehtiyatda olan hərbçilərin toplanışına başlayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının verdiyi məlumata görə Rusiya Voronej, Belqorod və Rostov vilayətlərindəki poliqonlarda təlim keçən 2500-ə qədər ehtiyatda olan hərbçini Ukraynadakı müharibəyə göndərməyi planlaşdırır.


Məlumatda deyilir: “Rusiya Federasiyası silahlı qüvvələrinin komandanlığı ehtiyatda olanlar hesabına öz qoşunlarını cəlb etməyə və itkilərini kompensasiya etməyə çalışır.

Voronej, Belqorod və Rostov vilayətlərindəki poliqonlarda 2,5 minədək ehtiyatda olan hərbçi hazırlanır. Onların müharibədə iştirak etmək üçün Ukrayna ərazisinə göndərilməsi planlaşdırılır”.


Ukrayna hərbçiləri isə bu yeni gələn rus hərbçiləri üçün «Kabzonun konsertinə biletlər» hazırlayıb.

Xatırladaq ki, Rusiya Ukraynaya qarşı müharibə etmir, NATO ilə döyüşür. Sadəcə raketləri Paşinyan dediyi kimi gedib Ukraynada partlayır. Xarkov, Mariupol, Melitopol, Berdyansk və s. şəhərlərdəki binalar və əhali özlərini bu raketlərin qabağına atıblar. Son məlumata görə Rusiya təxminən 27 400 hərbçisini itirib. Həmçinin 95 qanadlı raket, 2 958 zirehli döyüş maşını, 1 220 tank, 555 artilleriya sistemi, 200 təyyarə, 164 helikopter vurulub. Sadəcə hələ də NATO «qorxusundan» ortaya çıxmayıb. Ona görə də Putin hirslənib «Russkiy mir» düzəltmək üçün şəhərləri tarimar edir. Çünki rus mujiki «izbada» yaşamasa, bunun harası «Russkiy mir» olar?


Bekarçılıqdan Rusiyanın «xüsusi təyinatlı unitaz ordusu» Simonyan Marqonun təbliğatıyla unitazları sökməyə başlayıb. Bu təcrübəni erməni-rus quldur dəstələri artıq Qarabağda sınaqdan çıxarıb. Ramzan Kadırovun «Tiktok ordusu» da Ukraynada seriallar çəkməkdədir. Bunu görən ukraynalılar da «qorxuya düşür», səs küy salırlar. «Velikaya» Rusiya da əlində gül kimi «Russkiy mir» qayırdığı yerdə, banderlər ortaya çıxıb «xüsusi əməliyyat» tələb etdilər. Yazıq Putin də naəlac qalıb Şərqi Ukraynada ruslaşmış xoxolları öldürür ki, banderlərə görk olsun. Əməiyyatın adı «demilitarizasiya və denazikasiya» olsa da, nəticəsi «derusifikasiya və degenosidikasiya» olub.

Beləcə Rusiya ər-arvad və yalqız propaqondonistlərin fitvasıyla girdiyi Polesiya bataqlığında imperiyanın «Veliko» hissəsini itirib və qalan «Rusiya» hissəsini heç Lukaşenko da xilas edə bilməyəcək. Nə də qonşular üçün tələ kimi yaratdığı separatçı siçovullar belə onu bu tordan xilas edə bilməyəcək. Çünki Rusiya əli silahlı heç bir xalqa güc yoluyla qalib gələ bilməyib. Kimlərinsə köməyi, içdəki xəyanətlər sayəsində uydurma «qələbələr» yaradıblar. Elə bir imperiya 80 gündür ki, bir «Azovstall» zavoduyla döyüşü yekunlaşdıra bilmirsə, bunlar niyə bunkerlərində özlərini güllələmirlər? Rus ordusunun tək bir taktikası var — Çapayev taktikası. Əli yalın, silahsız insanları qətlə yetirərək xof yaratmaq və özlərini məkana uyğun, ya xilaskar, ya da qalib kimi təqdim etmək. Elə bu xarakterinə görə, alman sosioloqu Karl Marks Rusiyanı “Avropanın xərçəng şişi” adlandırırdı…


Bu şiş metastaz vermədən kəsilməlidir…

Bu xəbəri paylaşın: