ŞƏRƏFLƏ YAŞANAN ÖMÜR: VAQİF AXUNDOV — 62

   Peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, dəqiqliyi və təmkinliyi, işgüzarlığı və təşkilatçılıq bacarığı, sadəliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində  və Nazirlər Kabinetində keçirən hörmətli veteranmız istefada olan kapitan  Vaqif  Axundovun  may ayının 17 — də  62 yaşı tamam oldu.

      Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan  istefada olan kapitan Axundov Vaqif  Əliyar oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) rəhbəliyi, AVMVİB sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən  təbrik edir, həyatda insan üçün ən şirin nemət olan  möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Hər yeni yaş ona sevinc dolu illər, hər yeni günü isə istəklərinə  qovuşduraraq  daha da xoşbəxt etsin.

     İstefada olan kapitan Axundov Vaqif Əliyar oğlu  1960 — cı ildə may ayının  17- də Azərbaycan Respublikasının  Nefitçala rayonun  Mirzəqurbanlı  (Birinci  Filtir) kəndində anadan olub.

      1977 — ci ildə  Neftçala rayonun  Mirzəqurbanlı (Birinci Filtir) kənd orta məktəbi , 1982 — ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki  Bakı Dövlət Universitetinin) Tətbiqi — riyaziyyat fakültəsini bitirib.

     1982 — 1985 — ci illərdə Neftcala rayonunun  2 nömrəli tam orta məktəbində müəllim, 1985- 1991 -ci illərdə isə Moskva şəhərində  Elimi- Təhqiqat İnstitutunda  İnformatika üzrə baş mühəndis (müəllim) işləyib.

     1992 — 1996 — cı illərdə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Baş İdarəsinin  Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) xidmətində  «proqramçı — mühəndis » vəzifəsində Vətənə Dövlətə və Xalqa  sədaqətlə xidmət edib.1997 — ci ildən etibarən  Nazırlər Kabinetində  İnformatika  üzrə  sektor  müdiri vəzifəsində işləyir.

     Azərbaycan Ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən  döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.

     Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, Daxili Qoşunların Bas İdarəsinin Döyüş xidməti nizamnamələrinin və  Hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə  nümunə göstərib.Bir çox metodiki — təlim toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi — taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  Daxili Qoşunlarda özünü son dərəcə faydalı kadr olaraq təsdiq edib.

      Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində  baş vermiş kütləvi  ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi —  döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın, onun müavinlərinin  və xidmət rəisinin  müvafiq əmrləri ilə  fərmanla,  qiymətli hədiyyələrlə (pulla) mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz,  insanpərvər, səxavətli, əliaçıq  və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı illərdə,  istər  xidmət  etdiyi və çalışdığı  mühitdə,  isərsə də  dost-tanış, qohum -əqraba  tanış  arasında özünə böyük  hörmət qazanıb

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VAQİF BƏY!..

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: