İsveçdə PKK terror təşkilatına aid bayraqlar açılıb. Bayrağı açan insanlar əllərində qırmızı məşəllərlə ətrafı tüstüyə bürüdülər.
Son zamanlar NATO-ya üzv olmaq planları ilə gündəmə gələn İsveçdə qalmaqallı görüntülər ortaya çıxıb. İsveçin paytaxtı Stokholmda yerüstü keçiddə PKK terror təşkilatına aid bayraqlar asılıb. Bayrağı açan insanlar əllərində qırmızı məşəllərlə ətrafı tüstüyə bürüyüblər.
Həmin anlar saniyə-saniyə qeydə alınıb. Terror təşkilatının bayrağı açılarkən yoldan keçənlərin heç nə olmamış kimi davam etməsi diqqətdən yayınmayıb. Körpünün altında avtomobillərin hərəkəti normal şəkildə davam edib.
Prezident Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda İsveç və Finlandiyanın NATO-da iştirakına müsbət baxmadığını bildirib.
Ərdoğan İsveç və Finlandiyanın “terror təşkilatları üçün qonaq evi” olduğunu və hər iki ölkənin terror təşkilatı PKK-ya dəstək verdiyini iddia edib.
Bu gün ortaya çıxan görüntülər Türkiyənin NATO-da səsverməni rədd etməsinin səbəblərini tam əsaslandırıb.
Görüntülərin ortaya çıxmasından sonra Prezident yanında İqtisadi Siyasət Şurasının üzvü Korkmaz Karaca da sosial media hesabından reaksiya verib.
Karaca paylaşımında «Bu kəndirbazlar PKK-nın qucağında oturan bu hoqqabazlarmı, NATO-ya girəcəklər…» deyib.
Mənbə: Odatv.com