Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi “İlkin Hərbi Hazırlıq” fənnindən alınan bilikləri möhkəmləndirmək məqsədilə Ermənistan Respublikasının 8-11-ci sinif şagirdləri üçün hərbi təlim düşərgəsində hazırlıq proqramını həyata keçirir. Məqsəd müharıbə şəraitində gənclərin praktiki şəkildə qabiliyyət və bacarıqlarını inkişaf etdirməkdir.
Təhsil və elm nazirinin müavini Janna Andreasyan deyib ki, “Tezliklə bu hərbi proqram bütün məktəblər üçün məcburi olacaq. Yeniyetmələr məktəbi bitirəndə dövlətimiz və cəmiyyətimiz üçün lazım olan keyfiyyətlərə malik olacaqlar. Hazırlıqlar xüsusi düşərgələrdə keçiriləcək və şagirdlərə döyüş sənətinin tarixi, taktiki təlimlər, atəş açma, psixoloji hazırlıq, hərbi nizamnamələr, ilk tibbi yardım, rabitə, telekommunikasiya və başqa təlimlər öyrədiləcəkdir».
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni araşdırmaları və Təlim Mərkəzinin direktoru