TƏBRİK: SƏLİMOV EYVAZ ƏLİRZA OĞLU — 58

    İnsan üçün ən yadda qalan günlərdən biri onun doğum günüdür. Yaşın  üstə  hər yaş gələndə  daha da kamilləşirsən. Belə insanlardan biridə yüksək peşəkarlığı, humanistliyi, səmimiyyəti ilə seçilən Müharibə Veteranı  istefada olan  baş  — leytenat  Eyvaz  Səlimovdur. Ömrünün  ən məhsuldar dövrünü  hərbi xidmətdə  keçirən, Müharibə Veteranı istefada  olan  baş — leytenat  Eyvaz Səlimovun may ayının  19 — da  58 yaşı tamam olur.

     Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan baş — leytenat Səlimov Eyvaz Əlirza oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyinin  (AVMVİB) rəhbərliyi,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)  sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı , həyat yollarında bitib tükənməyən — naliyyətlər arzulayır. Hər yeni yaşı ona sevinc dolu illər,  hər yeni günü isə  onu istəklərinə  qovuşduraraq  xoşbəxt etsin  .

    İstefada olan baş — leytenant  Səlimov Eyvaz Əlirza oğlu  1964 — cü ilin  may ayının  19- da  Azərbaycan Respublikasının  İsmayıllı  rayonunun  Mingə kəndində anadan olub.

       1981 — ci ildə  Ismayıllı rayonun Mingə kənd orta məktəbi,  1986 — cı ildə  Bakı Poltexnik Texnikomu, 1997 — ci ildə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Xəzər rayonunda yerləşən tədris mərkəzində ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki — təlim toplanışlarda, müvafiq kurslarda,  xüsusi — taktiki təlimlərdə,  seminar və konfranslarda  iştirak edib.

     1983 -1985 ci illərdə  Sovet Ordusunun  Kemerova Vilayətinin Belovo şəhərində müddətli həqiqi hərbi xidmətdə olub.

    1986 — 1987 —  ci illərdə  təynatla  Dağıstan Respublikasında  Qaynaq üzrə  mühəndis konstruktor, 1988 —  1991 — ci illərdə isə  Azərbaycan Quraşdırma  idarəsində qaynaqçı vəzifəsində işləyib.

    1992 — 1998 – ci illərdə   Daxili Qoşunların Nərmanov rayonunda yerləşən alayda  qarovul rəisi,  əlahiddə taqım komandiri, Xüsusi təyinatlı bölükdə taqım komandiri,  böluk komandiri  və  Əşya xidməti   rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa  sədaqətlə xidmət edib.

    «Hərbi  Xidmətkeçmə Haqqında » Əsasnamənin  «v» bəndinə əsasən  xəstəliyə görə  (2 — ci qrup hərbi əlil kimi) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılıb.

    O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daima nümunə olmuşdur.

    Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi  ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

      Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən  döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, pulla, əlacı döş  və yubiley nişanları ilə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, EYVAZ BƏY!..

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: