Şəki rayonunda Şəhid Bulağının açılışı oldu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin üzvləri rayonun Biləciy kəndində 1992-1993-cü illərdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş 4 nəfər şəhidin xatirəsini əbədiləşdiriblər. Şəhidlərin əziz xatirəsinə həsr olunmuş Şəhid Bulağı şəhidlərimiz Rasim Rəmzi oğlu, Pənah Möhlüd oğlu, Teymur İsgəndər oğlu və Rəfail Əhməd oğluna həsr olunub.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin sədr müavini Vüqar Əmirəhmədov məlumat verib.

Tədbirdə kənd sakinləri, məktəb kollektivi və müharibə veteranları iştirak ediblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: