TÜRKLƏR TƏK TANRINI ƏRƏBLƏRDƏN MİN İL ƏVVƏL TANIYIDILAR

R. C. Cessi Rassell

Ərəblərin bütlərə və farsların atəşə tapınmasından 800 il əvvəl tək Tanrıya inanan türk hun hökmdarları bu duanı oxuyardılar:

“Böyük Tanrı.
Hər şeyi yaradan Tanrı.
Allah yenilməzdir, ölməzdir, bitməzdir, sarsılmazdır, tükənməzdir.
Suyu donduran, buzu əridən, buzdan suyu axıdan, sudan çayları axıdan, çaydan gölləri dolduran, göldə balıq gətirən Tanrı.
Quru dərələrdə bulaq axıdan, ota, ağaca can verən, ağacdan çiçək çıxaran, çiçəkdən bar verən, arıya bal düzəltdirən Tanrı.
Günümüzü işıqlandıran, gecəmizi ulduzlarla bəzəyən Tanrı.
Yeni ili bizə bəxş edən Tanrı.
Bu il bizə bol ver, bolluq ver!
Otumuzu, otlağımızı bol ver.
Qulunlarımızı, quzularımızı bol ver.
Bizə yun, yağ, süd, pendir və qımızı bol ver.
Yağışımızı, suyumuzu bol ver.
Ovlağımızı, ovumuzu bol ver.
Urısı, qızımız, oğlumuzu bol ver.
Anamızı, balamızı, oğlumuzu, qızımızı, gəncimizi, yaşlımızı bu Qara Torpaqlar üzərində, qara çorlardan saxla, bizi tənhalıqdan qoru, Uca Tanrı.
Yayımızı möhkəm, oxumuzu hədəfdən yayınmaz, qılıncımızı kəskin et.
Yağımızın başını dərdsiz, biləklərimizi gücsüz, ürəyimizi ümidsiz qoymadı.
Yaz keçsin, yay gəlsin, yay keçsin və payız gəlsin, payız buduna yeğni gəlsin.
Quzularımız, qulunlarımız, oğullarımız çox olsun.
Türk çoxalsın Acun üzə bəy olsun.
Ac, çılpaq qalmasın, çöllərimiz düzən tapsın.
Yer-göy üçün, əcdadlarımızın ruhu üçün etdiyimiz idukları qəbul et.
Uca Tanrı.
Türk Budununu əlacsız eləmə, Türk Budunu başsız etmə, Türk Bundunu şərəfsiz etmə, Hun Budun üzünü yerə vurma, Türk Budunu əsir etmə, xatun olacaq qızlarımızı kəniz, bəy olan oğullarımızı qul etmə.
Türk budununu qoru…”

Mənbə: Ronald Cohn Jesse Russell, Tengriism, bookwika, VSD (1 Yanvar 2012)

Bu xəbəri paylaşın: