Ukrayna Dövlət Təhlükəsizlik Xidməti ruslara Çernobıldakı AES-i ələ keçirməkdə kömək etmiş xain məmurları axtarır.
Hələ 2022-ci ilin martında Ukrayna DTX-i hərbi vəziyyətə uyğun olaraq xidmət yerini özbaşına tərk edən və Zakarpatiyada gizlənən Çernobıl Atom Elektrik Stansiyasının baş direktorunun müavinini saxlayıblar.
Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hüquq-mühafizə orqanları şübhəlinin adını açıqlamasa da, yerli medianın məlumatına görə, söhbət Çernobıl AES-in baş direktorunun müavini Valentin Veterdən gedir.
Bu xəbəri paylaşın:
