Xocalı rayon İcra hakimiyyətində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi və Xocalı rayon şöbəsinin rəhbərliyi ilə görüş keçirilib.
16 may 2022-ci il tarixində Xocalı rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMİB) Xankəndi və Xocalı rayon şöbəsinin rəhbərliyi ilə keçirilən görüşdə Başçının müavini, İctimai-siyasi və Humanitar məslələr şöbəsinin müdiri Qarayeva Lamiyə Yusifəli qızı, Ərazi idarəetmə və özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Hüseynov Səxavət Kamil oğlu, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Məmmədov Orxan Eyvaz oğlu iştirak etdilər.

Müharibə iştirakçılarının sosial problemini və qayğılarını operativ şəkildə həll etmək məqsədilə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov vurğuladı ki, ölkə rəhbərliyi müharibə iştirakçılarının sosial rifahını yüksəltmək işinə daim önəm verir. Məhz buna görə yerli İcra Hakimiyyəti orqanları bu sahədə səfərbər ediliblər.
Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Xankəndi və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsi ilə ona və müavinlərinə həvalə olunmuş vəzifələrin yerinə yetrilməsindən, görülmüş və görüləcək işlər barədə ətraflı məlumat verdi. Görüşün sonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovu AVMİB-nin təsis etdiyi xatirə medalı ilə təltif etdi və səmimi görüşə görə ona minnətdarlığını bildirdi.


