Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbələrinin sədr və müavinləri rayon veteranları ilə görüş keçiriblər.
15 və 16 may 2022-ci il tarixində Gəncə şəhərində və Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan müharibə veteranları, şəhid ailələri, eləcə də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayonunun İdarə rəisi Bəxtiyar Məmmədovla görüşüblər.

Bu barədə məlumat verən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Xankəndi və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev bildirdi ki, şəhidlərin uğrunda canlarını fəda etdikləri müqəddəs amallar qəlbimizdə möhkəm yer tutmuşdur. Gözəl Vətənimizin şəhid bacı və qardaşlanmızın qanı ilə qazanılan müstəqilliyini, azadlığını göz bəbəyi kimi qorumağı və möhkəmlətməyi biz veteranlar həyatda əsas məqsədimiz sanırıq.
Bu gün ölkənin hər yerində şəhidlərin əziz xatirəsinə dərin ehtiram bəslənildiyinin şahidi olmaq mümkündür. Bakının ən uca yerində qərar tutan Şəhidlər xiyabanı dövlət tərəfindən yüksək səviyyədə abadlaşdınlıb və bütün azərbaycanlıların, Vətənimizi, xalqımızı sevən hər kəsin and, ziyarət yerinə çevrilib. Bundan başqa, respublikanın digər iri şəhərlərində, rayonlarında, kənd və qəsəbələrində də Şəhidlər xiyabanı vardır. Bunlar bir daha sübut edir ki, xalqımız öz şəhidlərini unutmayıb və unutmayacaqdır.

Görüşdən sonra Şəhidlər Xiyabanı ziyarət edilib. Şəhid məzarları üzərinə gül qoyulub və dualar oxunub.
Elnur Səlim



