Yüksək peşəkarlığı, hümanistliyi, dəqiqliyi və təmkinliyi, vətənpərvərliyi və təvəzökarlığı, işgüzarlığı və mənəvi keyfiyyəti,dəqiqliyi və təmkinliyi ilə secilən, ömrünün ən məhsuldar dövrünü Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunların Əməliyyat şöbəsində və Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Beynəlxalq hərbi əməkdaşlıq şöbəsində keçirən ehtiyatda olan baş — leytenat Məlahət Nurkişiyevanın may ayının 19 -da 50 yaşı tamam olur.
Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan baş — leytenat Məlahət Nurkişiyevanı doğum günü münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (Avmvib) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB ) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Hər yeni yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə istəklərinə qovuşduraraq daha da xoşbəxt keçsin.
Nurkişiyeva Məlahət Yusif qızı 1972 — ci ildə may ayının 19 -da Bakı şəhərində anadan olub.
1989 — cu ildə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 245 nömrəli tam orta məktəbi, 1994 -cü ildə isə Azərbaycan Dillər Universitetini (əvvəlki Azərbaycan Xarici Dillər Universitetini ) bitirib.
1994 — 2002- ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat şöbəsində müxtəlif vəzifələrdə, 2003- 2009 — cu illərdə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Beynəlxalq hərbi əməkdaşlıq şöbəsində baş zabit vəzifəsində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Məlahət Nurkişiyeva 2010.- cu ildən etibarən «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi » Qapalı Səhmdar Cəmiyyətində işləyir.
Məlahət xanım Daxili Qoşunların Bas İdarəsinin Beynəlxalq hərbi əməkdaşlıq şöbəsində xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş xidməti nizamnamələrinin,hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq yerinə yetirilməsi işində daima nümunə göstərib. O, Daxili Qoşunların Baş İdarəsində zabitlərlə keçirilən komandir hazırlığı məşğələlərində, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə Daxili Qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.

Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Hərbi Xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Dövlət Sərhəd Xidmət rəisi və onun müavinlərinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin ,şöbə rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub, fərmanla, qiymətli hədiyyələrlə (pulla) mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Xidməti vəzifələrin icrası zamanı Daxili Qoşunların Baş İdarəsinin Beynəlxalq hərbi əməkdaşlıq şöbəsinə həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə, Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medalarla təltif edilib:
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
-«Silahlı Qüvvələrin yaranmasının » 90 illiyi ( 1918 — 2008) yubiley medalı ilə ‘
-» Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medalı ilə — Silahlı Qüvvələrdə 10təqvim ili xidmətə görə,
-«Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medalı ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MƏLAHƏT XANIM.
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev








