Niyə bu məmləkətin xiyarları əyri bitir?!

XAQANİ Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Adamın inanmağı gəlmir. Erməni Kirkorov, Pavliaşvili, Mqoyan, Çumakov və qeyrilərini ictimai qınağa qarşı gedərək, bu ölkənin baş köşəsində oxudan erməni calaqlı rus kolonunun nökərləri bu dəfə nədənsə «vor zakon» ermənilərin sayəsində məşhurlaşan və «Я и Азербайджан — почти ровесники» deyən Lyubov Uspenskayanın konsertini ləğv edilməsinə dirəniş göstərmədilər.


Amma onlardan betər «Moya Armeniya» oxuyan Zaranı ictimai narazılığa qarşı gedərək Bakıda oxutdular və son konsertdə də bizə onun güngörməzini göstərtdilər. Yəni bununla da biz bu xalqı heçə sayırıq dedilər. Eləcə də Soso adlı ermənini Bakıya soxdular. Krikorovun pişvazında durdular. Çumakova xidmətkar oldular və bizə bunları acıq verə-verə etdilər. Ağalarına isə əsil köpək sədaqəti göstərdilər. Unutmadıq və unutmayacağıq.


Bu bivec və xainlərin sayəsində gürcülər Pozneri «iti qovan kimi» qovanda, bizdə Zara öz ayıb yerini göstərib getdi. İçimizdəki kosmopolit xain biveclərin xalqa qarşı demarşı hesabına…


Ermənipərəstlikdə ermənidən də betər olan və Azərbaycanı təhqir etməsi ilə məşhur olan rusiyalı müğənni Lyubov Uspenskayanın Bakı konserti ləğv edilib. Konsert oktyabrın 9-da “Congress Hall”da baş tutmalı idi.


Bakı sakinlərindən biri Azərbaycanın Mədəniyyət Nazirliyinə qarşıdan gələn konsertlə bağlı şikayət ərizəsi ilə müraciət edib və o, idarənin nümayəndələrinə bildirib ki, Lyubov Uspenskaya qızğın ermənipərəst mövqedən çıxış edir. Qeyd olunub ki, KİV-də və sosial şəbəkələrdə Azərbaycana və onun rəsmilərinə qarşı təhqirlərlə çıxış edən Uspenskaya, bununla yanaşı, sadə azərbaycanlıları guya sevdiyini ifadə etmişdi.

Nazirlik müğənninin paylaşımlarını oxuduqdan sonra Lyubov Uspenskayanın konsertinin ləğv edildiyini bildirib. Qısa müddət ərzində konsertin elanı da “iTicket” platformasından silinib.


Amma içimizdə olan binamusların sayəsində bu ölkənin qapıları kilid saxlamaz hala gəlib. Bir də gördün Lyuba da bunların erməni arvadları üçün Bakıda erməni mahnıları oxuyur…

Xatırladım ki, 2 sentyabr 2019-cu il tarixli «Sputnik» bir yazı yayınlayıb. Rusiyalı müğənni Lyubov Uspenskayanın Qarabağ müharibəsinin qızğın vaxtında Azərbaycanda erməni mahnısı oxuduğunu etiraf etdiyi video şəbəkədə sərt reaksiyaya və azərbaycanlı istifadəçilər arasında tənqid çaxnaşmsına səbəb olduğu deyilir. Marqonun «Sputnik» adlı rus dilli erməni ruporunda Lyuba demişdi: “Konsertdən sonra bu azərbaycanlılar məni restorana gətirdilər, yaxşıca yeyib içdik, sonra oxumağımı istədilər. O qədər sərxoş idim ki, harada olduğumu anlamadım və ermənicə “Andranik, Serob…” mahnısını oxumağa başladım. Bakılı musiqiçilər bir neçə dəqiqə məni müşayiət etdilər, sonra qalxıb getdilər”, – müğənni bu video materialda belə deyib.


Bundan sonra özüm, piano arxasında əyləşərək erməni dilində Ermənistan üçün sevgi mahnısı oxumağa başladım. B kadr arxasından isə «bizim» içimizdəki erməni əsillilərin səsi təkrarlanır: «Can! Lyuba can!»

Vay sizin, türklər demiş 7 sülalənizi…

Hətta Uspenskaya da bu xəbərdən şoka düşdyünü bildirib: “Bu gün oyananda sarı qəzet və publik səhifələrin yaydığı bir xəbərdən çaşıb qaldım. Bakıdakı konsertimin ləğv edilməsi haqda xəbərdən. Guya mənim Azərbaycan və Ermənistan xalqları arasındakı münaqişəsi haqda siyasi fikirlərimə görə. Bu, məni şoka saldı!”


Vallah bu ölkədə adamcıqlar var ki, onlar «bizimkilər» deyəndə 5-6 ay axtarırsan ki, bunlarınkılar kimlərdir. Bıçaq sümüyə dirənib. Bu kripto ermənilər deşifrə olunmaqdadır. Amma hələ də «bizim erməni sizin ermənidən yaxşıdır» təfəkkürüylə bu xainlərə meydan veririk. Çünki içimizdə pulunu ver sənin üçün «lap elə Vartan ola bilənlər» günbəgün çoxalır. Adam olun adam…

5 adam sayırsan ikisi farsa, ikisi erməni-rusa, biri də bir başqasına xidmət etdiyi ortaya çıxır. Bəs suyunu içib çörəyini zəhərləndiyiniz bu məmləkət heyif deyilmi? Bu dəlixana bizimdi, axı. Dünyada xainləri bizdəki kimi sevən başqa bir xalq yoxdur. Bu günlərdə biri gedib bir rus yarışmasında komandasının «Şuşa» adını qohumlarının xahişi ilə dəyişib gəldi və gələndə onun ictimai qınaqdan qəhr olub öləcəyini düşünürkən televiziyalardan biri tələsik ona vəzifə verdi. Yəni xainə ödül, heykəl qoymağı bizdən yaxşı bilən yoxdu.

İndi Lyubov gəlməsə, hansısa məmurun arvadının hüquqları pozulacaq. Zaranı o vaxt artıq vurulmuş bir komitə sədri maliyyələşdirirdi. Çünki qohum-əqraba səsi eşitmək üçün Azərbaycan xalqının dərisindən çıxarılan kirli pulu xərcləmək belələri üçün savabdır.


Deyirlər ki, ermənipərəst rusiyalı müğənni Lyubov Uspenskayanın Bakı konserti ləğv edilib. İnanan daşa dönsün. Vaxta var deyə, o «Can! Lyuba can!» deyən xainlər iz azdırırlar. İctimai qınağın zaman qazanmasını istəmirlər. Haykanuşun ürəyi “Andranik, Serob…” mahnısı istəsə, bizim etirazımız bir pisliyə dərman olmaz.


Qaldı bunlar bizi çox dişlərinə vurublar. Mamedin «çörək dərdindən» qeyri bu məmləkətdə heç nəyi yoxdu. Amma Mamedə qarşı duranların «oğurluq milyardlar dərdi» var. İstəyəndə Zaranı, istəyəndə Sosonu, yaxud da elə Lyubanı niyə oxutmasınlar? Bu məmləkəti belə qotur eşşəklərə yaylaq yerinə çevirib vermişik bəzi xainlərin cənginə. 100 minlərlə döyüşçü-veteran haray çəkir ki, bunlardan bu millətə 1% dəxli olmayan biri, ortaya çıxıb ölkənin müdafiə qabiliyyətini hədəfə alan diskriminasiya siyasəti yürüdür, hər kəs susur. Eşidən yoxdur. Zamanında N. Sadıkovu dedik və düz 30 il bu xaini bəslədik. Bu gün də bəsləməkdəyik. Sabah heykəl qoyacağımız da mümkündür. Ukraynadan döyüşməyi deyil, xainlərə qarşı mübarizə aparmağı öyrənilməliyik. Çünki 30 illik müstəqillik dövründə bunca xəyanətlərə uğramış bir məmləkətdə bircə nəfər də olsun xain cəzalandırılmayıb.


Unutmaq lazım deyil ki, xainlər sağ olduqca, Vətən sağ olmayacaq!

Niyə bu məmləkətin ağacları, kolları, hətta xiyarları da əyri bitir? Biləniniz varmı?

Bu xəbəri paylaşın: