Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdərə istiqamətində 1993-cü ildə gedən döyüşlərdə iştirak etmiş Tərtər rayon Hüləvətli kənd sakini, şəhid Ərşad Sarıyev adına Güləbadlı kənd tam orta məktəbin Gənclərin çağırışaqəqərki hazırlığı üzrə hərbi müəllimi, Məmmədov Saleh Mayıl oğlu Xatirə medalı ilə təltif edilib.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsınin üzvü olan müharibə veteranları, müəllim və şagirdlərin iştirak etmişlər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev məlumat verib.
Təbrik edirik!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Tərtər



