Göygöl rayonunda şəhid ailələri, müharibə veteranları və cəbhədən yaralı dönmüş döyüşçülərin problemlərinə daim qayğı və diqqətlə yanaşdığına görə Göygöl Rayon İcra Hakimiyyəti Başçısını əvəz edən Turani Əliyev AVMVİB-nin təsis etdiyi Xatirə medalıyla təltif edilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.
Həbib Hüseynov bildirib ki, Göygöl rayonunda sözün həqiqi mənasında müharibə iştirakçılarına qayğı və diqqətin olması bir örnəkdir. Müraciət edən hər kəsin probleminin həllinə kömək göstərilir və bu da rayon rəhbərliyinin Dövlət Başçısının göstəriş və tapşırıqlarına düzgün əməl etmələri sayəsində mümkün olub. Buna görə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmrinə əsasən Göygöl Rayon İcra Hakimiyyəti Başçısını əvəz edən Turani Əliyevi təltif etdik və öz minnətdarlığımızı bildirdik.
Təbrik edirik!
Elnur Səlim


