Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin üzvləri ictimaiyyət nümayəndələri ilə birlikdə Şuşa fatehlərindən olan şəhid Seymur Müşfiq oğlu Abbasovun mövludu və onun xatirəsinə həsr olunmuş Xatirə bulağının açılışında iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.

Həbib Hüseynov bildirib ki, şəhid Seymur Abbasovun məzarı ziyarət olunub, gül qoyularaq ruhuna dualar oxunub. Daha sonra qəhrəman şəhidin xatirəsinə həsr olunmuş Xatirə Bulağının açılışı olub. Mərasimdə şəhidin atası Müşfiq Abbasov da iştirak edib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Nurlan Məmmədli








