AVMVİB Abşeron rayon şöbəsi: Şəhidlər unudulmur

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşeron rayon şöbəsinin üzvləri ictimaiyyət nümayəndələri ilə birlikdə Şuşa uğrunda (Turşsu, Zarıslı) may 1992-ci ildə gedən döyüşlərdə şəhid olmuş Nazim Allahverdiyevin Anım mərasimində iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşeron rayon şöbəsinin sədri Cabbar Cabbarov məlumat verib.


Cabbar Cabbarov bildirdi ki, mərasimdə qədim Zəngəzurun Qafan rayonu Baharlı kəndində anadan olmuş şəhid Nazim Allahverdiyevin keçdiyi qəhrəmanlıq yolundan danışılıb. Şəhidin ruhuna dualar oxunub. Onların qisasını alaraq Şuşanı azad etmiş Şanlı Azərbaycan ordusunun və Müzəffər Ali Baş Komandanımızın sayəsində Bayrağımızın Şuşada qürurla dalğalanması qeyd edilib. Qədirbilə xalqımız şəhidlərimizi unutmur.


Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: