Ərzincanlı Uvan

İLHAMİ Cəfərsoy

Xristian Türk şairidir. Xlll əsrdə yaşamışdır. Nizami Gəncəvi əsərlərini ərəb əlifbası ilə fars dilində yazanda Ərzincanlı Uvan şeirlərini erməni əlifbası ilə Türk dilində yazırdı.

Akademik Abeğyan yazır ki, Uvan erməni şairidir. Ancaq bilmirəm nədənsə şeirlərini türk dilində yazırdı. Ona görə yazırdı ki, özü xristian Türk idi.

Şeirlərini səlcuqlardan qabaq Türkiyədə yaşayan xristian türklər üçün yazırdı.Ərzincanlı Uvanın Məryəm anaya həsr etdiyi şeirdən bir bəndi olduğu kimi yazıram.

Sensin ari qız Mariam,
Yazıxlarıma derman.
Tanqridir senden doğan,
Tanqrim anası Mariam.

Bu sözlərin mənasını anlamaq üçün lüğətləri vərəqləməyə ehtiyac yoxdur. Ermənilər Ərzincanlı Uvanın adını H»Ovanes Y»Erzinqatsi yazırlar.

Mahmud Kaşğari yazır ki, türklər qadir allah anlamında Ukan Tenqri, Uvan Tenqri xitablarını işlədirlər. Mən ilkin mətnlərin az da olsa, bir qisminin surətini əldə edə bilmişəm. Belə mətnlərin hələ hamısı məhv edilməyib. Onların bəzilərini axtarıb tapmaq mümkündür. Bunun üçün aylarla yaxın və uzaq ölkələrin kitabxanalarında nadir nüsxələr fondunda işləmək lazımdır. Ancaq nə edək ki, bizim mühasiblər elmi səfərlər üçün vəsait istəyəndə Qıdı kirvənin dəsmalını axtarırlar. Gözlərinin yaşını silə-silə deyirlər ki, pul yoxdur…

Bu xəbəri paylaşın: