Rusiya və Türkiyə daxili bazarla bağlı danışıqlara başlayıb

Rusiya və Türkiyə daxili bazarı tərk etmiş brendlərin dəyişdirilməsi ilə bağlı danışıqlara başlayıb.

Bu barədə TASS-a Rusiya Ticarət Mərkəzləri Şurasının prezidenti Dmitri Moskalenko deyib.

Onun sözlərinə görə, gələn payızda Rusiyanın ticarət mərkəzlərində ümumi sahəsi üç milyon kvadratmetr olan boş yerlər olacaq. 

Moskalenkonun fikrincə, müxtəlif türk şirkətləri daxili bazarı tərk etmiş Qərb brendlərinin yerini tuta bilər. 

“Biz hələ Rusiyada olmayan türk brendlərinə Moskvadan başlayaraq ən yaxşı ticarət mərkəzləri ilə tanış olmaq imkanı veririk. Biz danışıqlar aparırıq ki, türk şirkətləri Rusiyada uzun müddət qalsınlar və sərfəli sərmayələr yatırsınlar”, — ekspert vurğulayıb. 

Bu xəbəri paylaşın: