Türkiyə, İsveç və Finlandiya nümayəndələri arasında görüş başladı

Ankarada Prezident iqamətgahında Türkiyənin rəsmi şəxsləri ilə İsveç və Finlandiya nümayəndələri arasında ilkin məsləhətləşmə başlayıb.

Məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, Türkiyə nümayəndə heyətinə Prezidentin sözçüsü İbrahim Qalın və xarici işlər nazirinin müavini Sədat Önal, İsveçin heyətinə hökumət ofisinin dövlət katibi Oskar Stenstrom, Finlandiyanın təmsilçilərinə isə Xarici İşlər Nazirliyinin müşaviri Jukka Salovaara başçılıq edirlər.

Məlumata görə, görüşdə İsveç və Finlaniyanın NATO-ya üzvlüklə bağlı müraciətlərinə dair məsələlər müzakirə olunur.

Bildirilib ki, toplantının sonunda yazılı açıqlama yayılacaq.

Qeyd edək ki, İsveç və Finlandiyanın NATO-ya üzvülüyünə Türkiyə etiraz edir. Rəsmi Ankara üzv olacq bu iki dövlətdən terrorçu PKK qruplaşmasnı və ona yaxın onların himayə etməyəcəklərin ilə bağlı yazılı öhdəlik istəyir.

Mənbə: Qafqaz.media

Bu xəbəri paylaşın: