Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin üzvləri 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş döyüşçülərin iştirakıyla Şəki rayonu Kiçik Dəhnə kəndində Şuşaya həsr olunmuş tədbir keçirildi.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin sədr müavini Vüqar Əmirəhmədov məlumat verib.
Vüqar Əhmədov bildirdi ki, Şəki rayonu Kiçik Dəhnə kənd orta məktəbinin müəllim və şagird kollektivinin hazırladıqları ədəbi-bədii kompozisiyalar tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Ordumuza, Vətənimizə və şəhidlərimizə həsr olunmuş şeir parçaları səsləndirildi.
Elnur Səlim










