Dəyərli ziyalımız Salam Cavadli nın 44 günlük Vətən müharibəsində Şəhid olan Zəngilanlılar, Zəngilan uğrunda Şəhid olan qeyri Zəngilanlılar və Zəngilanlı qazilar haqqında yazdığı «Ölməzlik haqqı qazanan oğullar» adlı kitabının təqdimatı keçrildi.Təqdumat mərasimi Masazırda yerləşən Zəngilan şəhərciyindəki Mədəniyyət evində baş tutdu.
Tədbirdə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramız Həsənov, İcra aparatının işçiləri,YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Ehtiyattda olan polkovnik-yazar Azər Hacıbəyli , Ehtiyatda olan Mayor-yazar Əli Bəy Azəri, kitabın sponsoru, xeyriyyəçi Azər Xudiyev, Şəhid ailələri, AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri, Qazilər, məktəb direktorları və ictimaiyyət nümayəndələri iştirak edirdilər. İlk öncə Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi, sonra söz çıxışçılara verildi.
Yüksək səviyyədə təşkil olunan tədbirdə çıxış edənlər kitab haqqında təsuratlarını bölüşüb, müəllif Salam Cavadlıya uğurlar arzuladılar.
Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri, Fedai.az saytının müxbiri










