Bu günlərdə dəyərli həmkarmız, müharibə veteranı istefada olan mayor Ismayılova İradə Davud qızının doğum günüdür. Ana Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda düşmən qüvvələrinə qarşı mübarizədə bizimlə çiyin — çiyinə verib şərəfli zabit ömurü yaşayan İradə xanımı hamımız qeyrətli vətəndaş, əsil səmimi, işgüzar insan və qayğıkeş bir ana kimi tanıyırıq.O, harada hansı vəzifədə calışmasından asılı olmayaraq bütün var qüvəsini Vətənimizin xoş gələcəyinə həsr edibdir.
İradə xanım 1964 -ci il ilin may ayının 28 də Bakı şəhərində anadan olub. Əslən Lerik rayonundandır. Atası Davud uzun müddət Daxili işlər orqanlarında əməkdar xüsusi polis rütbəli zabit kimi xidmət edib. Qardaşı Emin 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Belə bir mötəbər ailədə boya başa dolan İradə xanım atasının şərəfli peşəsini uğurla davam etdirmək arzusu ilə yaşayıb.
1981 -ci ildə Bakı şəhərində tam orta məktəbi, 1985 -ci ildə Azərbaycan Politexnik İnstitutunu bitrib. Bu müttərəqqi arzusuna uyğun olaraq 1989- 1991 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bakı şəhərində yerləşən Diviziyanın Kadrlar şöbəsində müvafiq vəzifələrdə, 1992- 2015 -ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Nərimanov və Xəzər rayonlarında yerləşən Alayda və Ali hərbi məktəbdə tərbiyə bölməsində baş təlimatcı və müəllim , Daxili Qoşunların Bas İdarəsinin Kadrlar və Şəxsi heyətlə iş şöbələrində zabit və baş zabit vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

İradə xanım və onun oğlu Tural bir zabit kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişlər və onlar müharibə veteranıdır.
Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Daxili Qoşunların Döyüş xidməti nizamnamələriin və Hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümunə göstərib.Bir çox metodiki — təlim toplanışlarda, müvafiq ixtisas artırma kurslarında, xüsusi — taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə Daxili Qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali Hərbi məktəb rəisinin , hərbi hissə komandirinin şöbə rəisinin müvafiq əmrləri ilə, əla xidmətlərə görə döş və yubiley nisanları ilə təltif olunub, fərmanla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin,ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
1. » Qüsursuz xidmətlərə görə» 1 -ci dərəcəli -Silahlı qüvvələrdə 20 təqvim il xidmətə görə;
2. » Qusursuz Xidmətlərə görə » 2 -ci dərəcəli Silahlı Qüvvələrdə 15 təqvim il xidmətə görə ;
3.»Qusursuz Xidmətə görə » 3- cü dərəcəli — Silahlı Qüvvələrdə -10 il təqvim il xidmətə görə;
5. «Silahlı Qüvvələrin yaranmasının » 90 illiyi (1918- 2008) yubiley medalı ilə;
4. » Silahlı Qüvvələrin yaranmasının » 10 -illiyi ( 1991- 2001) yubiley medalı ilə;
6. «Silahlı Qüvvələrin yaranmasının » 95 illiyi ( 1918 — 2013 ) yubiley medalı ilə.
Vətənin qeyrətli qızı İradə xanımı doğum günü münasibətilə Daxili İşlər Nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitlərimiz adından səmimi qəlbdən təbrik edir, doğmaları ilə bahəm, beləcə şərəfli, mənalı uzun ömur arzu edirik. Atalar, xeyirlə şər qardaşdır — deyiblər…
28 may həm də İradə xanımın atasının dünyasını dəyişməsinin 7-ci ildönümüdür. Bu münasibətlə başnız sağ olsun — deyib , kədərinə şərik olduğmuzu bildiririk. Allah rəhmət eləsin, məkanı cənnət olsun!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi (AVMVİB) Nərmanov rayon şöbəsinin üzvu mayor Mərdan Hüseyinli










