Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi Masallı şəhərində şəhid Sakit Tağıyev adına 4 nömrəli tam otra məktəbdə, həmin məktəbin məzunu şəhid Seyfullayev Araz Elsevər oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirib.
Tədbirdə Dövlət Himni səslənib və şəhidlərmiz bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsinin təşkilatı işlər üzrə müavini Samir Əkbərov məlumat verib.
Samir Əkbərov bildirib ki, tədbirdə həmçinin şəhid ailələrinə Fəxri fərmanlar, müharibə veteranlarına isə AVMVİB-nin üzvlük vəsiqəsi təqdim olunub.
Tədbirdə Masallı şəhər 4 nömrəli tam orta məktəbin direktor müavini Rahid Məmmədov, şəhid ailələri Seyfullayeva Gunay Mahir qızı və Ibadova Rəsimiyə Əlisa qızı cıxış ediblər.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov, tərbiyəvi işlər üzrə direktor müavini Rahid Məmmədov, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin Masallı rayon şöbəsinin təşkilatı işlər üzrə müavini Samir Əkbərov, məktəbin müəllim və şagird killektivi, şəhid ailələri və müharibə veteranları iştirak ediblər.
Tədbirin sonunda Masallı şəhər 4 nömrəlı tam orta məktəbin şagirdlərinin ədəbi-bədii kompozisiyalarla zəngin olan cıxışları olub.
Xatırladaq ki, Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi fəaliyyətini yenidən bərpa etməyə çalışır və bu yolda veteranlarımıza uğurlar diləyirik.
Allah şəhidlərimizə rəhmət eləsin!
E. Səlim












