
Salman Musayev
Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini, ehtiyatda olan polkovnik
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması hər bir soydaşımızın qəlbini qürur hissi ilə dolduran, xalqımızın azadlıq və müstəqillik naminə mübarizə tarixinə qızıl hərflərlə həkk olunmuş şərəfli hadisədir.
Mövcudluğu ilə daim qürür duyduğumuz Azərbaycan Xalq Cümhuriyyəti kifayyət qədər çətin və mürəkkəb tarixi mərhələdə meydana gəlmişdir. 1918 -ci il mayın 28 -də isə Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etmişdir.
Qısa müddətdə Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlətclik atributları yaradıldı, dövlət quruculuğu sahəsində mühüm addımlar atıldı, Azərbaycan ordusu formlaşdırıldı.1918 ci il iyunun Azərbaycan dili elan edildi. Həmin il noyabrın 9 -da indiki ücrəngli dövlət bayrağımız qəbul edildi, eyni zamanda, Azərbaycan vətəndaşları haqqında qanun qəbul edildi.
Dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika olan Azərbaycan artıq özünün parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlət idi.Hökmət 1918 — ci il mart soyqırımının da təhqiqatının aparılmasını diqqətdə saxlayırdı. Azərbaycan bütün Şərqdə qadınlara seçki hüququ verən ilk ölkədir.
Xalq Cümhuriyyəti az bir müddətdə mövcud olca da, öz başlıca tarixi missiyasını yerinə yetirdi — Azərbaycan xalqının, dövlətçiliyinin əldə edilməsində, demokratik quruluşa yaratmaq istqamətində tarixi rol oynadı. Ən əsası, vaxtılə itirilmiş dövlətçiliyimiş bərpa edildi, ölkənin müstəqil gələcəyinin əsası qoyuldu.
Tarixin kamil şəxsiyyət, ümummilli lider kimi Azərbaycan xaqımıza bəxş etdiyi Heydər Əliyevin ölkəylə birinci rəhbərliyi dövründə azərbaycanlıların müstəqil düşüncə ətrafında birləşməsi, gələcəkdə müstəqil dövlət kimi hər tərəfli zəmin yaradılması imkanları genişləndi. Əsrlər boyu əxz etdiyi dövlətclik təfəkkürünü, özünəməxsus milli- mənəvi dəyərləri, adət — ənənələri, mental xüsusiyyətləri müdrik rəhbərin sarsılmaz iradəsi, qətiyyəti sayəsində vahid sistem halına gətirərək özünütəsdiq imkanı qazanmış, xalqmız hələ keçmiş ittifaq dövründə gələcək müstəqilliyinə etibarlı təməl formalaşdıra bildi.
Ulu öndər Heydər Əliyevin sayəsində tezliklə Azərbaycanı və onun mədəniyyətini bütün dünyada daha yaxından tanımağa başladılar. Bu gün haqlı olaraq, Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin birinci dövrü ölkəmizin intibah dövrü adlandırılır.
Müstəqil Azərbaycanın iqtisadi yüksəlişində baza rolunu oynayan sənaye və kadr potensialı ulu öndərin o illərdəki məqsədyönlü düşünülmiş, uzaqgörən fəaliyyəti sayəsində təşkkül taparaq formalaşmışdır. 1991-ci ildə xalqmız özünün dövlət müstəqilliyini bərpa etdi, cümhuriyyətin dövlətclik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində yeni Azərbaycan dövlətini yaratdı. Ulu öndər Heydər Əliyevin dediyi kimi, » Bu dövlət, bu qurluş 1918 — ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün respublika onun varisidir, bütün xalq onun varisidir».
Amma ilk illərdə hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də məhv olmasına gətirib cıxaracaqdı. Biri- birini əvəz edən iqtidarlar, əslində, dövlətclik deyil,hakimiyyətlərini qoruyub- saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan müstəqilliyi təhlükə altına salırdırlar. 1991- 1993- cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətcliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə, ölkənin dünyada gedən bütün proseslərdən təcrid olumasına xidmət göstərdilər. Bütün bunlar nəticə etibarilə müstəqilliyin məhvinə aparırdı.Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxiildə separatçı meyillərin güclənməsi dövlətçliyin məhvinə doğru gedən prosesi daha da sürətləndirdi.
Belə bir vəziyyətdə- 1993 -cü illin iyun ayında xalqın istəyi ilə Naxçıvandan Bakıya gələn görkəmlı dövlət xadimi, daha siyasətçi Heydər Əliyev xilaskarlıq missiyasını müdrlüklə, yenilməz iradə, qatiyyət və böyük uzaqgörənliklə yerinə yetirdi, Azərbaycanın başının üstünü almış bütün təhlükələri sovuşdurdu.Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi Azərbaycanın müstəqil ölkə kimi yaşaması da mümkün olmazdı. Beləliklə, məhz Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində ölkəmiz Xalq Cümhuriyyətindən fəriqli olaraq, mürəkkəb, çox təhlükəli vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı bacardı.
Qısa müddətdə dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi. Heydər Əliyevin dühası, qüdrəti və zəngin dövlətçilik təcrübəsi xalqımızı vahid milli ideya — azərbaycançlıq ideyası ətrafında birləşdirdi.
Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Ulu Öndərin layiqli varisinin də siyasətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və sayğı özünü göstərməkdədir. Belə ki, 28 May — Müstəqillik Günü ölkəmizdə və işğaldan azad edilmiş torpaqlarımızda xüsusi təmtəraqla qeyd edilir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Bu sahələrdə qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur. Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib, xarici dövlətlərlə hərtərəfli beynəlxalq münasibətlər inkişaf etdirilib, balanslaşdırılmış siyasət nəticəsində Cənubi Qafqazda sabitlik təmin olunub.
Bu illər ərzində ölkəmizin hərbi qüdrəti də getdikcə artıb. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən təchiz olunmuş, ən müasir silahlarla silahlanıb, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu formalaşıb. Məhz bu kompleks tədbirlərin nəticəsidir ki, 2016-cı il aprel ayının əvvəllərində Azərbaycan Ordusunun bölmələri əks-həmlə ilə erməni işğalçılarının törətdikləri silahlı təxribatların qarşısını aldı və düşmənin dinc əhaliyə qarşı hücumlarını dəf etdi, sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq bir çox ərazilərimizi, ö cümlədən olduqca mühüm əhəmiyyət kəsb edən strateji yüksəklikləri düşməndən azad etdi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Qırx dörd günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu.
Eyni zamanda, Azərbaycan Ordusu tərəfindən döyüşlərdə ən müasir silahlardan peşəkarlıqla istifadə edilməsi, yüksək dağlıq şəraitdə, sıldırım qayalıqlarda həyata keçirilən əməliyyat nəticəsində Şuşanın ermənilərdən təmizlənməsi də Azərbaycanın hərb tarixinə şərəfli səhifə kimi yazıldı.
Azad edilmiş ərazilərdə qarşılaşdığımız dəhşətli mənzərə, dağıdılmış, məhv edilmiş infrastrukturun yenidən qurulması üçün Prezidentin göstərişi ilə sürətli bərpa işləri həyata keçirilir.
Bu gün Silahlı Qüvvələrin hərbi qulluqçuları və digər Hüquq Mühafizə Orqanlarının əməkdaşları, Müharibə və Silahlı Qüvvələr Veteranları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək onun hər bir tapşırığını yerinə yetirmək üçün müsəlləh əsgər kimi hazırdır. Bu sevinci, qüruru, tarixi qələbəni yaşadıqları üçün Ali Baş Komandan İlham Əliyevə minnətdar olan Müharibə veteranlarımız şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizə, hərbçilərimizə, Vətənin keşiyində duran igid oğullarımıza sağlamlıq, güc-qüvvət arzulayırlar. Məhz Prezident, Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız uzun illərdən sonra bu il ilk dəfə 28 May – Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edir.
Bu əlamətdar tarixi gün münasibətlə Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətmizi əbədi və suverenlik, millətmizə isə bu yolda əzimkarlıq və güc birliyi arzulayiram.
Qoy cətinliklə əldə edilən Müstəqilliyimizi bütün vasitələrlə möhkəmləndirək…
