ŞƏRƏFLƏ YAŞANAN ÖMÜR: Aisə Balməmmədova

     İnsan üçün ən yadda qalan tarixlərdən  biri onun doğum  günüdür. Yaşın üstə yaş gələndə  daha da kamilləşirsən. Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, sadəliyi və səmimiyyəti, dəqiqliyi və təmkinliyi, idarəclik qabiliyyəti ilə   seçilən  Müharibə Veteranı istefada olan mayor Aisə Balməmmədovadır. Ömürün ən məhsuldar dövrünün hərbi xidmətdə keçirən istefada olan mayor Aisə Balməmmədovanın  may ayında  67 yaşı tamam oldu.

       Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan Mayor Aisə Balməmmədovanın  67 yaşının tamam olması münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyi sədrinin müavini  polkovnik Salman Musayev  səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Hər yeni yaş ona sevinc dolu illər  bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

     Mayor Balməmmədova Aisə Əmrulla qızı 1955-ci ilin  may ayında  Qaradağ rayonun Lökbatan qəsəbəsində anadan olub.

    Bakı şəhərinin Qaradağ rayonun Lökbatan qəsəbəsində orta məktəbi, Bakı Poltexnik Texnikomunu, Lvov şəhər  Poltexnik İnstitutunu bitrib.

     1975 -1991-ci illərdə Bakı şəhərində  16 nömrəli Bağlı  Topoqrafiya  idarəsində müvafiq vəzifələrdə işləyib.

     1992- 2005 -ci illərdə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Binəqədi rayonunda yerləşən  hərbi hissəsində Qəragah rəisinin şəxsi heyətin qeydiyyatı və uçotu üzrə baş köməkçisi,  Daxili Qoşunların Bas İdarəsinin Qərargahında  hərbi topoqrafiya bölməsinin rəisi, Təşkilat komplektləşdirmə şöbəsinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Silahlandırma Xidmətində  baş zabit vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə   xidmət edib.

     Aisə Balməmmədova   Daxili Qoşunlarından ehtiyata buraxıldıqdan sonra uzun müddət  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR  Təhlükəsizlik İdarəsində Müxtəlif vəzifələrdə işləyib.

     O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

      Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində  baş vermiş kütləvi  ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi —  döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın, onun müavinlərinin  və xidmət rəisinin  müvafiq əmrləri ilə  fərmanla,  qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Azərbaycan Respublikasının prezidenti adından bir sıra medalarla təltif edilib.

    Hərbi yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost — tanış , qohum — əqraba  arasında özünə böyük hörmət qazanıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AİSƏ XANIM.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: