Şəhid əsgərimiz Tovuz rayonunda dəfn edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin üzvləri Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, Laçın rayonunda qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində şəhid olan Tovuz rayonunun Qəribli İnzibati Ərazi Dairəsi üzrə Öskən kəndindən olan Məmmədov Mehralı Novruz oğlunun dəfn mərasimində iştirak ediblər.


Millət vəkili Arzu Nağıyev şəhidimizin atasına telefon vasitəsi ilə baş sağlığı verərək, ailəsi və yaxınlarına səbr diləyib.


Mərasimdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsi

Bu xəbəri paylaşın: