Şəhidlərimiz unudulmur. Müharibə veteranları daim öz döyüşçü qardaşlarını ziyarət edir və onları anırlar.
Şəhid Mehman Oruc oğlu Sadıqov, Kamal Abdulla oğlu Kazımov və Hümbət İsmayılovun tələbə yoldaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Dəmir Yolları şöbəsinin üzvüləri dəmiryolçu şəhidlərimizin məzarlarını və oxuduqları məktəbi ziyarət edmişlər.
Şəhidlərin məzarları başında ruhlarına dualar edilmiş və gül qoyulmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim




