
AZAD Musayev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri, Fedai.az-ın müxbiri
28 May Respublika günü münasibəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi və Zəngilan rayon şöbələrinin müharibə veteranları döyüş bölgələrində yerləşən hərbi hissələrdə əsgərlərlə birgə Bayram tədbirlərində iştirak ediblər.
Möhtəşəm Bayram tədbirlərində Füzuli Dövlət Dram Teatrının kollektivi Direktor Vaqif Vəliyevin rəhbərliyi ilə müxtəlif tamaşalar və böyük konsert proqramı təqdim etdilər. Müğənni İlqar Zəngilanlı, oranjimançı Fərahim Sadiq, sözləri Həsən Orucoğlunun, ideya müəllifi Azad Mysayev olan «Vətən bizim gözümüz» AVMVİB-nin Himnini böyük coşqu ilə əsgırlərə təqdim etdilər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri Azad Musayev bildirdi ki, Mehrab Dadaşov, Mübariz Rüstəmov və Mehman Əliyevin dəstəyi ilə xidmətdə fərqlənən əsgərlərimizə hədiyyə olaraq 40 ədəd radioqəbuledici və qol saatları təqdim edib.
Bayram tədbirlərində ƏƏSMN-nin şöbə müdiri Vüsal Həşimov, ASAN xidmətin Bərdə regional idarəsinin kollektivi, Güləş Federasiyasının idmançıları, TƏBİB-in, iş adamlarının hazıladıqları müxtəlif çeşidli hədiyyələr, tortlar əsgərlərə təqdim edildi.
Bayram tədbirlərində ƏƏSMN-nin Şəhid ailələri və Qazilərlə iş şöbəsinin müdiri Vüsal Həşimov, ASAN xidmətin Bərdə regional idarəsinin kollektivi, Güləş Federasiyasının idmançıları, TƏBİB-in, iş adamlarının hazıladıqları müxtəlif çeşidli hədiyyələr, tortlar əsgərlərə təqdim edildi.
TƏBİB-dən Könül Ələkbərov və kollektivlərinin dəstəyi ilə ad günü olan əsgərlərə xüsusi hədiyyələr təqdim edildi. 2 dəfə güləş üzrə Dünya çempionu Arif Mehdiyev bayramda iştirak etdi.
Mərasimdə polkovnik Elmar Hüseynov, Vidadi Ağagülov, Azad Musayev çıxış etdilər. Müzəffər Ordumuzun əsgərləri qarşısında qurbanlar kəsildi.












