Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin üzvləri 28 May Respublika Günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.
Müharibə veteranları şəhidlərimizin ruhuna dualar oxuyub məzarları üzərinə gül qoyublar.



