10 aydır komada olan qazimiz şəhid oldu

Vətən Müharəsi qazisi, «Yaşat» Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən Yaqub Qəhrəmanlı 10 ay komada qaldıqdan sonra bu gün vəfat edib. 

Qazi 29 mayda dünyasını dəyişib.

Yaqub Qəhrəmanlı 44 günlük Vətən müharibəsində başından zərbə alıb və gözünün arxa hissəsində qəlpə qalıb.

Ötən ilin iyulun 5-də Türkiyəyə aparılıb, orada əməliyyat olunsa da, qəlpəni çıxarmaq mümkün olmayıb.

İyulun 9-da komaya düşüb. Y. Qəhrəmanlı Prezidentin sərəncamı ilə «Cəsur döyüşçü» və «Suqovuşanın azad olunmasına görə» medalları ilə təltif edilib.

«Azəriqaz»ın əməkdaşı olan Y.Qəhrəmanlı həkim köməkçisi kimi öncə cəbhədə yaralılara tibbi xidmət edib.

Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın: