Bu himnin sətirlərində Çingiz xanın və Tamerlanın adları çəkilir.
Sovet hökumətindən fərqli olaraq o vaxtkı hökumət əhalini Osman, Tamerlan və Çingiz xana qarşı qoymadı. Rəsulzadə hökuməti özünü Türk Dünyasının bir parçası kimi görürdü.
Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı mərkəzində aypara və səkkizguşəli ulduz olan qırmızı kətan olub.
O, Türkiyə bayrağından yalnız ulduzun beş guşəli yox, səkkizguşəli olması ilə fərqlənirdi.
İlk Himnimizin sözləri belə başlanırdı:
Vurulur meydanda sənci dəf,
Düzülür əsgərlər səfbəsəf
Yürüyün şövqlə düşmən tərəf,
Biliniz Çingizdir, bizə sələf.
Giriniz meydana sanki şir,
Əlinizdə şəmşir ilə tir,
Dilinizdə olsun bu zikir:
Ya Allah, ya Allah, ya Allah, Hü və Kəbir…
Natəvan Əsədova
