Rusların vəhşiliklərinə qarşı Ukraynalı qızlardan orjinal etiraz

Ukraynada müharibə zamanı rus işğalçıları tərəfindən qadın, uşaq və kişilərin kütləvi şəkildə zorlanmasına qarşı ukraynalılar Avstriyanın paytaxtı Vyananın mərkəzində etiraz aksiyası keçiriblər.


«Ukrinform» xəbər verir ki, iştirakçılar rusların Ukraynadakı vəhşiliklərinə dünyanın diqqətini cəlb etmək üçün qan şəklində qırmızı ləkələri olan alt paltarlarla etiraz ediblər.


Qadınlar Karlplatz yaxınlığındakı məşhur gənclər parkında əlləri bağlı və başlarına çantalar keçirməklə etiraz ediblər.


“Qızlar bu aksiya ilə rus işğalçılarının əli ilə vəhşiliklərə məruz qalanlara öz dəstəklərini ifadə etmək istəyiblər ki, qurbanlar bütün dünyanın dəstəyini görsünlər və dəhşətli cinayətləri törədənlərin nə vaxt cəzalandırılacağını bilsinlər.

Rus işğalçılarının ukraynalı qadınlara, uşaqlara və kişilərə qarşı vəhşiliklərinin heç bir mənəvi sərhədi yoxdur”, — deyə “Hədsiz Demokratiya” ictimai təşkilatının təşkilatçıları bildiriblər.


Nümayiş Latviya və Estoniyadan Rusiya səfirliyinə qismən çılpaq, əlləri arxaya bağlanmış və başlarına torbalarla gələn qadınların başlatdığı «Women for Ukraine – жінки для України» qlobal kampaniyasının bir hissəsi idi.

Elnur Səlim

Bu xəbəri paylaşın: