İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Yaşın üstə hər yaş gələndə daha da kamilləşirsən. Belə insanlardan biri də peşəkarlığı, humanistliyi və səmimiyyəti ilə seçilən Silahlı Qüvvələr və Müharibə Veteranı Sahib Babayevdir.Ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında keçirən ehtiyatda olan polkovnik Babayev Sahib Xudaverdi oğlunun iyun ayının 1 — də 59 yaşı tamam olur.
Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan Silahlı Qüvvələrin və müharibə veteranı, ehtiyatda olan polkovnik Sahib Babayevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insanın ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Hər yeni yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
1963 -cü ilin iyun ayının -1 də Qazax rayonunun Moruqlu (ərazi bölgüsünə əsasən indiki Gədəbəy rayonunun Moruqlu) kəndində anadan olub.
1980 -ci ildə Moruqlu kənd orta məktəbi, 1987 — ci ildə Krosnoyarsk diyarında orta ixtisas milis məktəbini, 1991 — ci ildə isə Xarkov şəhərində Ali Millis məktəbini bitirib.
1981 – 1983-cü illərdə Sovet Ordusunun Amur vilayətində yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə manqa komandiri, taqım komandirinin müavini və bölüyün baş cavuşu vəzifəsində olub. Xidmət müddəti başa çatdıqdan sonra baş cavuş (starşına) rütbəsində Sillahlı Qüvvələrdən ehtiyata buraxılıb.
1987 — 1991cü illərdə Xabrovsk diyarın Amur şəhərinin Lenin rayon milis şöbəsində təhqiqatcı və baş təhqiqatçı vəzifələrində işləyib.
1992- 2016-cı illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində, Hacıqabul, Lənkəran, Binəqədi və Xəzər rayonlarında yerləşən hərbi hissələrdə və Ali Hərbi Məktəbdə hərbi hissə komandirinin hüquq işlər üzrə köməkçisi, Alay və Birqada komandirlərinin, Ali hərbi məktəb rəisinin tərbiyəvi işlər üzrə müavini vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.

O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın, onun müavinlərinin və Ali Hərbi məktəb rəisinin müvafiq əmrləri ilə fərmanla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, saxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
— » Hərbi Xidmətlərə görə «
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
— «Silahlı Qüvvələrin yaranmasının » 90 illiyi ( 1918 — 2008) yubiley medalı ilə ‘
— «Silahlı Qüvvələrin yaranmasının» 95 illiyi (1918- 2013) yubiley isə medalı ilə,
— «Qüsursuz Xidmətə Görə 1 -ci dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
«Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə,
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SAHİB BƏY.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev