Əsgərlərimizin Ad günləri qeyd olundu

28-29 may tarixlərində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayonu veteranları — Elmar Hüseynov, Vidadi Ağagülov, İlham Rüstəmov, iş adamları — Abdulla Abdullayev və Sevda Zülfüqarlının dəstəyi ilə bir neçə hərbi hissələrdə ön xəttdə döyüş növbəsi çəkən əsgərlərin ad gününü təntənəli surətdə qeyd ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.


Əsgərlərimizə qiymətli hədiyyələr təqdim edilib. Tortlar kəsilib. Füzuli Dövlət Dram Teatrının kollektivi müxtəlif tamaşalar və maraqlı konsert proqramları ilə əsgərlərimiz qarşısında çıxış ediblər.


Sonra zabit və əsgərlərlə çay süfrəsi arxasında səmimi söhbətlər oldu.

Bu xəbəri paylaşın: