Almaniyanın Yunanıstanın təxribatına uyğun siyasət yürüdərək, ölkəmizə qarşı qarayaxma kampaniyasında iştirak etməsi qəbuledilməzdir.
Bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.
“Biz NATO-da birgə iştirakımıza rəğmən, Yunanıstanın ölkəmizin hava məkanını pozmasına, təyyarələrimizi ölkəmizin hava məkanında və beynəlxalq hava məkanında sıxışdırmağa çalışmasına qarşı suverenliyimizi müdafiə etməyə davam edəcəyik», — Türkiyə XİN qeyd edib.
Bəyanatda bildirilib ki, Yunanıstan dünyada öz ərazi sularından daha böyük hava məkanına iddialı olan yeganə ölkədir:
«Bu qeyri-qanuni iddiaya əsaslanaraq, beynəlxalq hava məkanından 6-10 mil məsafədə olan uçuşları “Yunanıstan hava məkanının pozulması” kimi qələmə vermək düzgün hesab olunmur».
Mənbə: Axar.az
