Ayının növbəti armud oyunu: 64 avtobus yürüşçünü erməniməramlı ruslar niyə Azərbaycana buraxıblar?

Xankəndi şəhərində ermənilərin yürüş keçirməsi barədə məlumatlar verilmişdi.


Əldə etdiyimiz məlumata görə, Xankəndində keçirilən bu yürüşü Daşnaksyutun «Müqavimət Hərəkatına» dəstək məqsədi ilə Ermənistan hakimiyyətinin yürütdüyü siyasətə qarşı təşkil etdiyi deyilir.


Maraqlı orasıdır ki, yerli separatçılar da bu yürüşə qatılmaqdan imtina ediblər və əhali də yürüşə az sayda qoşulub. Onlar da əsasən Koçaryan-Sarqsyan klanının yaxınları olub. Məlumatda deyilir ki, iştirakçılar əsasən erməniməramlı qanunsuz rus hərbi birləşmələrinin nəzarətində olan Laçın keçid məntəqəsindən keçməklə Xankəndə gələn 64 avtobusun sərnişinləri olub. Hər bir avtobusda 40 nəfərin olduğu deyilir və bu da 2560 erməni deməkdir. Yürüşdə də təxminən 2500-2700 adamın iştirak etdiyini müəyyən etmək mümkündür.


Təkcə bu fakt öncə ermənibaz rus əyyaşı Volkovun Qarabağdan təcili qovulmasına və bizlərin qətiyyətlə: «ИВАН, ИДИ ДОМОЙ!» — deməyimizə kifayət edər.


Bu müvəqqəti olduqlarını unudan ruslara bunu xatırlatma zamanı gəldi…


Yürüşdə iştirak edən Aleksandr Ayrapetyan Sarqsyan tərəfdarıdır və informasiya yayan News.am saytı da Koçaryan yanlı media sayılır.


Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb və olmayacaq, çünki “Lao” həqiqətən də oyanıb.

Bu barədə Müqavimət Hərəkatının Xankəndidə keçirilən yürüşünün iştirakçısı Aleksandr Ayrapetyan bildirib.


“Mən qondarma baş nazirdən soruşmaq istəyirəm, heç ona cənab da deyə bilmərəm, insan Şuşada necə rəqs etməyə başlayır, sonra ona boyasız şəhər deyir? Əzəli düşmənimiz olan türk qablardan yesə də heç vaxt çirklənməz. İkinci sualım budur: “(S)artsax Ermənistandır və nöqtə” deyirdinizsə, niyə belə kəskin 180 dərəcə dəyişdiniz? Mən isə bu barədə balaca alyonçikdən soruşmaq istəyirəm: siz gecə klublarının rəqqasəsi nə vaxtdan erməni məsələsini həll edən şəxs oldunuz? (S)artsax dayanıb və dayanacaq. Bu müqəddəs torpaq ölüm bahasına saxlanılacaq, biz gənclərin tökdüyü qanı heç vaxt unutmayacağıq”, — deyə Ayrapetyan bildirib.

Bu yürüş də rusların bir sifarişidir və bunun təşkilatçısı özləri olduğuna görə, həm qanunsuz yürüşə və həm də 64 avtobus reysinin gəlişinə icazə veriblər. Baş verən hadisələrə isə heç bir reaksiya verməyiblər.

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: