Zod qızıl yatağının (Kəlbəcər) 76 faizi Azərbaycan ərazisindədir, 24 faizi isə Ermənistan ərazisində yerləşir.
Bunu ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev apa-nın sualına cavab olaraq bildirib.O qeyd edib ki, yataqda ilkin olaraq 112 ton qızıl ehtiyatı var və gələcəkdə bu ehtiyatların yenidən qiymətləndirilməsi mümkündür: “İşğal dövründə ciddi şəkildə istismar həyata keçirilib. Ziyan hazırda qiymətləndirmə mərhələsindədir. Proses bitdikdən sonra qalıq ehtiyatlar hesablanacaq və dövlət tərəfindən, yaxud hər hansısa bir şirkət tərəfindən işlərə başlanılacaq”.
Mənbə: Qafqaz.media
Bu xəbəri paylaşın:
