Hikmət Hacıyev Norveç səfiri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Norveçin Azərbaycandakı qeyri-rezident səfiri Erlinq Skyonsberqlə görüşüb.

Norveçli diplomat bu barədə «Twitter»də bildirib.

“Fikir mübadiləsinə görə Hikmət Hacıyevə minnətdaram. Norveç sülhün olduğu, firavan Cənubi Qafqazı dəstəkləyir”, — o qeyd edib.

Qeyd edək ki, Norveçin Azərbaycandakı səfirliyi qeyri-rezident əsasda fəaliyyət göstərir

Bu xəbəri paylaşın: