Beyləqanda Şəhid Bulağının açılışı olub

Beyləqan rayonunda şəhid Məmmədli Rahil Şəmil oğlunun adının əbədləşdirməsi ücün tikilmiş Xatirə Bulaq kompleksinin aclışı oldu.


Şəhid Rahil Məmmədli 1994-cü ildə Beyləqan rayonunda anadan olub.


2001-ci ildə Akademik Mehdi Mehdizadə adına Beyləqan şəhər 3 nömrəli tam orta məktəbə daxil olmuş, 2012- ci ildə həmin məktəbi bitirmişdir.
25.10.2020-ci ildə qəhramancasına şəhid olmuşdur.


Abidənin aclışında Beyləqan rayon İcra başcisının mavini Yeganə Əliyeva, Şəhid ailələri, müharibə əlilləri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Beyləqan və Xocavənd rayon şöbəsinin sədrləri Akif Həsənov və Əlövsət Məmmədov, müharibə veteranları, şəhid anaları, məktəbin şagird və müəllimlər iştirak etdilər.


Y. Əliyeva cıxış edərək, şəhidlərimizi unutmatacağımızı və onların əziz xatirələri əbədi qəlbimizdə yaşayacaqlarını bildirdi.


AVMVİB sədri Akif Həsənov və Əlövsət Məmmədov cıxışlarında AVMVİB sədri Füzuli Rzaquliyev adindan şəhidin ailəsimə başsağlığı verdi. Şəhidimiz AVMVİB-nin Xatirə medalıyla və Fəxri fərmanla təltif edildi.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Xocavənd

Bu xəbəri paylaşın: