Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev ehtiyatda olan kapitan Məmmədov Mikayıl Məhiş oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insanın ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.
Mikayıl Məmmədovun yaşın üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Kapitan Məmmədov Mikayıl Məhiş oğlu 1974 — cu ildə Zəngilan rayonunun Ağkənd kəndində Ziyalı ailəsində anadan olub.
O, orta təhsilini Zəngilan rayonunun Ağkənd və Qafan şəhər orta məktəblərində alıb. Bakı inşaat texnikomunu və Daxili Qoşunların Bas İdarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbi bitirib.
1993-2013-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Füzuli, Hacıqabul, Nərimanov, Sabunçu, Lənkəran və Quba rayonlarında yerləşən hərbi hissələrində manqa komandiri, şəxsi heyətin qeydiyyatı və uçotu üzrə məsul icracı, taqım komandiri, böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri, Qərargah rəisinin şəxsi heyətin qeydiyyatı və uçotu üzrə baş köməkçisi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda Füzuli və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibə Veteranıdır.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri, döyüş və ictimai — siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə» görə döş nişanları ilə, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
—» Silahlı Qüvvələrin yaranmasının » 10 -illiyi ( 1991- 2001) yubiley medalı ilə;
—«Silahlı Qüvvələrin yaranmasının » 90 illiyi (1918- 2008) yubiley medalı ilə;
—«Silahlı Qüvvələrin yaranmasının » 95 illiyi ( 1918 — 2013 ) yubiley medalı ilə.
—«Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
—» Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 10təqvim ili xidmətə görə,
—«Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MİKAYIL BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev




