İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür.Yaşın üstə yaş gələndə daha da kamiləşirsən. Belə insanlardan biridə, yüksək peşəkarlığı və humanistliyi, vətənpərvərliyi, sadəliyi və səmimiyyəti secilən müharibə veteranmız Rəfi Əliyevdir. Ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə kecirən istefada olan kapitan Rəfi Əliyevin iyun ayının 4 — də 58 yaşı tamam olur.
Həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan istefada olan kapitan Rəfi Əliyevi doğum günü münasibətlə «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyin (AVMVİB) rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insanın ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Hər yeni yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Əliyev Rəfi Diləm oğlu 1964 — cu ildə uyun ayının 6- da Gəncə şəhərində anadan olub.
1992 — 2001 ci İllərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin, Şirvan ( kecmiş Əlibayramlı) şəhərində, Ağdam, Ağdərə, Füzuli, Binəqədi rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrdə böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri, tabor komandirinin tərbiyəvi işlər üzrə müavini, Alayın tərbiyə bölməsində baş təlimatcı vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib hərbi təcrübə mübadiləsi əldə etmək üçun Türkuyə silahlı guvvələrində səfərdə olub .
1981 -ci ildə Gəncə şəhərində 1 nömrəli tam orta məktəbi, 1990 — ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1992 — ci ildə Daxili Qoşunların Bas İdarəsinin Şirvan ( kecmiş Əlibayramlı) şəhərində yerləşən tədris alayında Zabitlərin ixtisas artırma kursunu, 1998 -ci ildə isə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən tədris mərkəzində zabitlərin təhkimləşdirmə kursunu bitrib.

O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , Şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Hərbi yoldaşları onu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli rayonları istiqamətdə) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqları şərəf və məsuliyyət hissi ilə yerınə yetirmişdir. Müharibə veteranıdır.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri, döyüş və ictimai — sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə» görə döş nişanları ilə, fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏFİ BƏY.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev







