Lacın rayonun Fingə kənd sakini Şəhidlik zirvəsinə ucalmış Quliyev İslam İdrus öğlunun 65 illiyinə həsr olunmuş tədbidə iştirak etdilər. Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini Tofıq Mirzəyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev, Ağcabədi rayon ərazisində yerləşən Lacın rayon şəhid İslam Quliyev adına tam orta məktəbin dektoru Habil Abduləzimov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbələrinin sədri Ramiz Ağayev və onun müavinləri (Azad Sadıkov, Nazim Hüseynov, Mürvət Əliyev), Lacın rayon YAP məsul işciləri, şəhid İslam Quliyevin ailəsi (həyat yoldaşı Bağca Quliyeva, oğlu İdris Quliyev və. s), «Elin səsi» qəzetinin müxbiri Əvəz Abbasov, Fingə kənd tam orta məktəbin müəllim və şagird kollektivi, şəhidin döyüş yoldaşları və Fingə kəndinin sakinləri iştirak etmişlər.

Əvvəlcə Şəhid Quliyev İslam İdrus öğlu adına Laçın rayonun Fingə kənd orta məktəbdə ucaldılmış abidə ziyarət edilərək, abidənin üzərinə gül- çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub .
Tədbir İslam Quliyevin timsalında torpaqlarlarmızın bütövlüyü uğrunda canlarından keçmiş bütün Vətən oğullarının, bütün Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanmızın Dövlət Himnini səsləndirməklə şəhidimizin 65 yaşının tamam olması münasibətilə tədbir acıq elan edilib.
Tədbirdə çıxış edənlər şəhid Quliyev İslam İdrus öğlunun keçdiyi qısa və mənalı həyat yolundan söz acmış, vətənmizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daimi uca tutmağı, Vətən uğrunda mübarizənin vacibliyi tarixə yazan qəhrəman şəhidlərin and yerimizə ziyarət məkanımıza cevriləcəklərini bildirdilər.
Ağcabədi rayonun ərazisində yerləşən Lacın rayonun İslam İdrus öğlu Quliyev adına Fing tam orta məktəbdə İslam Quliyeva aid ucaldılmış abidənin qarşısında şagirdlərin ifasında Vətənpərvərlik mövzusunda Kompozisiya cıxışları olub və onlar şəhidlərə həsr edilmiş şeirlər söyləyiblər.
Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri tərəfindən Şəhid Quliyev İslam İdiris oğlunun ailəsinə ( Oğlu İdrisə) «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyinin təsis etdiyi xatirə medalı təqdim edildi.
Tədbirin sonunda Şəhid Quliyev İslam İdrus öğlunun həyat yoldaşı Bağca Quliyeva onlara göstərilən diqqət və qayğıya görə, Ölkə və rayon rəhbərliyinə, Lacın rayonun Fing kənd tam orta məktəbin dektoruna və məktəbin müəllim heyətinə öz minatdarliğnı bildirdi.
Tədbirdən sonra Şəhidin ailəsi tərəfindən, Şəhid Quliyev İslam İdrus öğlunun 65 illiyinə həsr olunmuş Ehsan süfrəsi təşkil olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!










