Çavuşoğlu Ceyhun Bayramovla birlikdə Türkiyə yığmasının oyununu izləyib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə Türkiyənin voleybol yığmasının oyununu izləyib.

Bu barədə Türkiyə XİN rəhbəri özünün Tvitter səhifəsində yazıb.

«Azərbaycanın xarici işlər naziri Ceyhun qardaşımla Filenin Sultanlarını (Türkiyənin qadın voleybolçulardan ibarət yığması) Ankaradan qalibiyyətlə yola salırıq. Finalda yenidən Ankarada görüşənədək», — deyə M.Çavuşoğlu bildirib.

Bu xəbəri paylaşın: