Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin üzvləri şəhid Elvin Fəxrəddin oğlu Mustafayevin ildönümü mərasimində iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.
Həbib Hüseynov bildirib ki, şəhid Elvin Mustafayevin məzarı ziyarət olunub, gül qoyularaq ruhuna dualar oxunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Nurlan Məmmədli









