İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Yaş üstə yaş gələndə daha da kamilləşirsən. Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi nəzəri və praktiki biliyi, sadəliyi və səmimiyyəti, dəqiqliyi və təmkinliyi, vətənpərvərliyi və idarəçilik qabiliyyəti ilə seçilən Silahlı Qüvvələr və Müharibə Veteranı Əhliman İlmazovdur. Ömrünün ən məhsuldar dövrünün 36 illdən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirən ehtiyatda olan Polkovnik İlmazov Əhliman Xalid oğlunun iyun ayının 7 — də 56 yaşı tamam olur.
Həyatın bütün imtahanlarından alnıacıq və üzüağ çıxan Polkovnik İlmazov Əhliman Xalid oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Hər yeni yaş Əhlimana sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik İlmazov Əhliman Xalid oğlu 1966 — cı il iyun ayının 7 — də Gürcüstan Respublikasının Rustavi şəhərində ziyalı ailəsində anadan olub.
1983 — cü ildə Gürcüstan Respublikasının Rustavi şəhər 2 nömrəli orta məktəbi, 1988 — ci ildə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının LKGİ- nin 60 illiyi adına Leniqrad (İndiki Sankt-Peterburq) Ali Hərbi Siyasi məktəbi bitirib .
Əhliman İlmazov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində SSRİ Daxili Qoşunların Diviziyalarında və hərbi hissələrində , Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsində keçirilən bir çox metodiki — təlim toplanışlarda, Xüsusi ‘taktiki təlimlərdə , seminar və konfranslarda fəal iştirak edib, bir neçə dəfə Türkiyədə Silahlı Qüvvələrin Hərbi Akademiyasında müvafiq kurslarda olub.
1988 – 1991-ci illərdə kecmiş SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Arxangelsk Vilayətində və Baltikyanı Respublikasında yerləşən hərbi hissələrində böluk və tabor komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifələrində olub.
1992-ci illin yanvar ayindan -2020 ci illin dekabr ayına kimi polkovnik Əhliman İlmazov Daxili İşlər Nazirliyi Daxili Qoşunların Lacın rayonunda, Sumqayıt şəhərində, Binəqədi, Xətai və Nərimanov rayonlarında yerləşən hərbi hissələrində əlahiddə tabor (hərbi hissə) komandirinin müavinini, əlahiddə tabor ( hərbi hissə ) komandiri, alay komandirinin müavini — alayın qərargah rəisi, briqada komandirinin müavini — briqadanın qərargah rəisi, Alay komandiri, Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı idarəsində baş zabit, Daxili Qoşunların Bas İdarəsinin İnspeksiyasında baş inspektor vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib . Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı idarəsində və İnspeksiyasında xidmət etdiyi illər ərzində Döyüş Hazırlığı İdarə rəisinin və İnspeksiya ( İdarə səlahiyyətli) rəisinin vəzifələrini müvəqqəti icra edib. Daxili Qoşunlara gənc əsgərlərin qəbulu və sıraya daxil edilməsi , onların ilkin döyüş və ictimai- siyasi hazırlığı ilə əlaqədar bir necə dəfə Daxili Qoşunların Hacqabul rayonunda yerləşən hərbi hissədə gənc əsgərlərin hazırlığı üzrə ümumi toplanış mərkəzinin rəisi olub. Daxili Qoşunların Bas İdarəsinin Xəzər və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində kiçik mütəxəsislərin, gənc əsgərlərin, çavuşların və gizirlərin buraxılışı ilə əlaqədar imtahan komissiyanın sədri, bir neçə dəfə isə Heydər Əliyevin adına Ali Hərbi Məktəbin məzunların buraxlışı ilə əlaqədar Dövlət İmtahan komissiyanın üzvü olub.

O, Daxili Qoşunların Bas İdarəsində xidmət etdiyi illər ərzində bir çox komissiyaların tərkibində olarkən səmərəli fəaliyyəti, işgüzarlığı mənəvi keyfiyyəti, təşkilatçılıq bacarığı ilə daimi Daxili Qoşunlar Komandanın və onun müavinlərinin diqqət mərkəzində olmuşdur .
Polkovnik Əhliman İlmazov 1998 — ci ilin iyul ayında Daxili Qoşunlar Komandanı əvəzi Elşən Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Türkiyə Jandarma Qüvvələrinin Xidmət — döyüş fəaliyyəti ilə yaxından tanış olmaq,lazımi hərbi təcürbə mübadiləsi əldə etmək məqsədilə işgüzar səfərdə olub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Lacın, Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə SSRİ və Azərbaycan Respublikası Daxili İşlər Nazırlərinin, Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin, Ali Hərbi Məktəb rəisinin, Diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə » Əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub, fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
— » Hərbi Xidmətlərə Görə» medalı ilə;
— » Silahlı Qüvvələr Veteranı «medalı ilə;
-» SSRİ Silahlı Qüvvələrin yaranmasının» 70 — illiyi yubiley medalı ilə;
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə;
— » Silahlı Qüvvələrin yaranmasının» 95 illiyi ( 1918 — 2013 ) yubiley medalı ilə;
-» Silahlı Qüvvələrin yaranmasının » 100 illiyi ( 1918 — 2018 ) yubiley medalı ilə;
— » Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Sankt-peterburq Ali hərbi siyası məktəbin yaranmasının » 70 illiyi yubiley medalı ilə,;
— «Qüsursuz Xidmətə Görə 1 -ci dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
-«Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medalı ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medalı ilə — Silahlı Qüvvələrdə 10təqvim ili xidmətə görə,
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ƏHLİMAN BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev










