5 İyun — bu tarix ölkə melioratorları üçün olduqca əlamətdar bir gündür. Hər il həmin gün onlar böyük fərəh və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən «Meliorasiya və İrriqasiya haqqında» Qanunun imzalandığı 5 iyun tarixi münasibəti ilə «Meliorator günü» peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli Sərəncam imzalamışdır.
Peşə bayramı münasibətiylə Binəqədi rayon sukanal idaresinin rəisi Elçin Kərəm oğlu Bağırov Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Binnəqədi rayon şöbəsi tərəfindən Fəxri fərmanla təlif olunub.
Bu barədə məlumat verən Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Binnəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov bildirdi ki, sözü gedən Su-Kanal idarəsinin əməkdaşları 44 günlük vətən müharibəsində əsgərlərimizə maddi və mənəvi dəstək göstəriblər. Elə bu gün də qazilərə və şəhid ailələrinə maddi və mənəvi dəstək davam etdirilir.
Həmçinin Binəqədi rayon Su-Kanal idarəsində çalışan qazilərə və veteranlara xüsusi qayğı göstərilir.
Elnur Səlim


