Axtarışda olan terrorbaşı Arayik Harutyunyan Kəlbəcərə (keçmiş Ağdərə) gəlib

İyunun 5-də, Müqəddəs Ruhun enməsi günündə Arayik Arutyunyan Hakovank monastır kompleksində olub və (S)artsax yeparxiyasının rəhbəri terrorçu yepiskopu Vrtanes Abramyanın xidmət etdiyi Müqəddəs Liturgiyada iştirak edib.

Terrorbaşının ofisindən Armenpress-ə verilən məlumata görə, o monastır kompleksinin bərpası proqramının əhəmiyyətini qeyd edib, həmçinin qeyd edib ki, monastır üçün lazımi dövlət vəsaitinin ayrılması üçün artıq göstəriş verilib.

Terrorçuların yığışdığı məbəd kompleksi keçmiş Ağdərə (indi Kəlbəcər) rayonunun  Koladəy kəndi yaxınlığında yerləşən İslam öncəsi xristian Albaniya türklərinə məxsus olmuş qədim məbədlərdən biridir.


Mayın 5-dən bu məbədə  Xudavəng monastırının keşişi olmuş terrorçu Vrtanes Abramyan baş keşiş təyin edilib.

Bu xəbəri paylaşın: