Nazirlər Kabinetindən ordu ilə bağlı yeni qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı normaları Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrinin ərzaq payı normalarına uyğun müəyyənləşib.

Sıra№-siƏrzaq məhsullarının adı1 nəfər üçün gündəlik ərzaq norması(qramla)
123
1.1-ci növ buğda unundan bişirilmiş ağ çörək600
2.2-ci növ buğda unu10
3.Müxtəlif yarmalar120
4.Makaron məmulatları40
5.Ət250
6.Balıq120
7.Bitki yağı40
8.Kərə yağı30
9.İnək südüvə ya qatılaşdırılmış şəkərli süd10020
10.Pendir20
11.Toyuq yumurtası (ədədlə)1
12.Şəkər70
13.Cem (povidlo)20
14.Xörək duzu20
15.Çay2
16.Müxtəlif ədviyyat (istiot, sarıkök, zəfəran və s.)0,3
17.Xardal tozu0,3
18.Dəfnə yarpağı və ya qurudulmuş göyərti0,3
19.Sirkə və ya müxtəlif souslar2
20.Tomat pastası6
21.Kartof və tərəvəz, cəmi:850
 — kartof550
— kələm130
— çuğundur30
— yerkökü50
— soğan50
— xiyar, pomidor, turşu, göyərti40
22.Qurudulmuş meyvələr10
23.Təbii meyvə və ya giləmeyvə şirələri100
24.Vitamin preparatı “Heksavit”1

Mənbə: xezerxeber.az

Bu xəbəri paylaşın: