TƏBRİK: POLKOVNİK-LEYTENANT RƏŞAD SARIYEV — 46

      Peşəkarlığı, humanistliyi və sadəliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünü Azərbaycan Ordusunda  və Daxili İşlər Nazirliyi  Daxili Qoşunların  Baş İdarəsinində  keçirən  ehtiyatda olan Polkovnik — leytenant  Sarıyev Rəşad Töfiq oğlunun  iyun ayının 8-də  46 yaşı tamam olur.

     Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan  ehtiyatda olan polkovnik-leytenant Sarıyev  Rəşad Töfiq oğlunu doğum günü munasbətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədirinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir,  həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Hər yeni yaş Rəşada sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

     Polkovnik- leytenant Sarıyev Rəşad Töfiq oğlu  1976 — cı ilin iyun ayının 8 -də Azərbaycan Respublikasının İmişli rayonunda andan olub.

      1993 — cü ildə  Azərbaycan Respublikası Təhsil Nazirliyin İmişli rayon təhsil şöbəsinin 1 nömrəli tam orta məktəbi, 1997 — ci illərdə Bakı Dövlət Universitetinin (BDU)  «Sosial elmlər və psixologiya» fakültəsini bitrib.

      1997- 1998 — ci illərdə » Avrasiya » İctimai — siyasi  qəzetinin  həftə sonu əlavəsində redaktor vəzifəsində çalışıb.

      1999 — 2003 -cü ilərdə  «Azadinform» informasiya  agentliyində və «Kaspi» qəzetində müxbir işləyib.

      2003 —  2005 — ci illərdə  Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə olub.

      2005 — 2006 — ci illərdə «İctimai » televiziyanın  » Salam Əsgər » hərbi vətənpərvərlik  proqramında  ssenari müəllifi və redaktor vəzifələrində  işləyib.

      2007- 2018-ci illərdə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin  Mətbuat  xidmət rəisinin müavini  və Mətbuat xidmətinin rəisi   vəzifələrində Vətənə, Dövlətə və Xalqa  sədaqətlə  xidmət edib.

       2018 — 2019 -cu illərdə. » Aznews.az » informasiya xəbər portalında  və «Teleqraf. com» xəbər sayıtında redaktor vəzifələrində  çalışıb.

      2020 — ci ildən etibarən  «APA GROUP » — un  xəbər portalında redaktor vəzifəcində işləyərək üzərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirir.

     O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

     Hərbi yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost — tanış , qohum — əqraba  arasında özünə böyük hörmət qazanıb.

     Rəşad Sarıyev  İctimai TV- də  (» Salam Əsgər » hərbi verlişində) ssenari müəllifi  və redaktor vəzifələrində işlədiyi illər ərzində,  İctimai  TV- nin xətti  ilə «Salam Əsgər » veriliş  çəkilşləri etmək üçün  Azərbaycan Ordusunun,  Daxili İşlər Nazirliyi Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin, Ədiliyyə Nazirliyinin  , Fövqəladə Halar Nazirliyinin  hərbi hissələrində olub və bir çox  canlı  reportajlar  hazırlayaraq «İctimai»  TV- də işıqlandırıb.

     Polkovnik-leytenant Sarıyev Rəşad Töfiq oğlu   ömrünün ən məhsuldar dövrünün  24 ildən çox şərəfli xidmət yolunu  Azərbaycan Ordusunda,  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında və Mətbuat orqanında kecirib.

     O, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsində  xidmət etdiyi illər ərzində,  Daxili Qoşunlara həvalə edilmiş vəzifə və tapşırıqlarının şərəflə yerinə yetirilməsi ilə əlaqədar  Daxili Qoşunların Bas İdarəsində, hərbi hissələrində və əlahiddə bölmələrində  müvafiq reportajların  çəkilişi  və vətənpərvərlik  mövzusunda qələmə aldığı  bütün məlumatları  Daxili İşlər Nazirliyinin  » Mübariz  Keşikdə  qəzetində,  Daxili Qoşunların Bas İdarəsinin  «Əsgər » qəzetində,  eləcədə müxtəlif mətubat orqanlarında   dərc olunmasında onun rolu danılmazdır.

       Rəşad Sarıyev  Daxili İşlər Nazirliyi Daxili Qoşunların 25 illiyi  fəaliyyətini  əks etdirən »  Daxili Qoşunlar 25 » kitabının müəllifi və tərtibatçısı olub.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi —  döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın, onun müavinlərinin  və xidmət rəisinin  müvafiq əmrləri ilə  fərmanla,  qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

-«Silahlı Qüvvələrin yaranmasının»  90 illiyi  ( 1918 — 2008 )  yubiley   medalı ilə;

— » Silahlı Qüvvələrin yaranmasının»  95 illiyi  ( 1918 — 2013 ) yubiley medalı ilə;

— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə  10təqvim ili xidmətə görə,

«Qüsursuz  Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə,

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏŞAD BƏY!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: