TƏBRİK: LEYLA HƏSƏNOVA

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədr müavini polkovnik Salman Musayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü, vətənpərvər el qızı, daim bizlərlə birgə olan və şəhidlərimizin məzarlarını illərlə kimsədən nəsə gözləmədən şəhidlərimizin məzarlarını ziyarət edən və sosial şəbəkələrdə yayan, təbliğ edən Leyla Xanımı ad günü münasibətiylə ürəkdən təbrik edir, cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayır.

Leyla Həsənovanı hər bir müharibə veteranı yaxşı tanıyır. Onun paylaşımlarını sevə-sevə izləyirlər. Fedai.az-da daim yazılarını yaynlayırıq. Qarabağla, müharibə ilə, döyüşlər və döyüşçülər haqqında onun paylaşdığı paylaşımlar bir fədakarlıqdır.

Bu gün də qoy biz veteranlar sizin haqqınızda yazaq. Yazaq ki, bütün gözəlliklər sizin olsun!

Çox yaşa, Leyla xanım.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: